“CBC Sport” “Qarabağ”ı günahlandırdı: Təklifimizə cavab gəlmədi- BƏYANAT

“CBC Sport” “Qarabağ”ı günahlandırdı: Təklifimizə cavab gəlmədi- BƏYANAT

“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Höteborq”la səfərdə keçirəcəyi ilk oyun “CBC Sport” kanalı vasitəsilə yayımlanmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə sözü gedən kanal bəyanat yayıb.

Bəyanatın mətnini diqqətinizə çatdırırıq.

“CBC Sport” telekanalı bəyan edir ki, UEFA Avropa Liqası pley-off mərhələsi çərçivəsində İsveçin “Höteborq” klubu ilə “Qarabağ” komandası arasında keçiriləcək matçların kanalımızda yayımı baş tutmayacaq. Bunun səbəbi “Qarabağ” Futbol Klubuna 10 gün əvvəl etdiyimiz təklifə bu günə qədər qarşı tərəfdən heç bir cavabın gəlməməsidir.

“Qarabağ” FK-nın bu qərarına hörmət duyaraq, bütün tamaşaçılarımızdan üzr istəyirik və komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayırıq!

“CBC Sport” telekanalı yarandığı gündən beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən bütün komandaların və idmançıların çıxışlarını təmənnasız işıqlandırmağa hər zaman hazırdır və bu işini gələcəkdə də davam etdirəcək”.

0
9