Ankara və Vaşinqton arasında Gülənin ekstradisiyası müzakirə olunub

Ankara və Vaşinqton arasında Gülənin ekstradisiyası müzakirə olunub

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Con Kerri ilə  telefon danışığı zamanı Fətullah Gülənin ekstradisiyası məsələsini müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə “Habertürk” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, həmkarlar həmçinin Kerri və ABŞ-ın vitse-prezidenti Co Baydenin Türkiyəyə planlaşdırılan səfərini və Suriyadakı vəziyyəti  müzakirə ediblər.  

Qeyd edək ki, Fətullah Gülənin ekstradisiyası məsələsi ilə məşğul olan ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti avqustun 22-də Türkiyəyə səfər edəcək.  Avqustun 23-24-də  nümayəndə heyətinin Türkiyənin rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

0
10