Hakan Şükür - görüldüyü yerdə həbs ediləcək

Hakan Şükür - görüldüyü yerdə həbs ediləcək

Türkiyənin əfsanəvi futbolçusu Hakan Şükür barəsində daha bir həbs qərarı çıxardılıb. Yeni qərara əsasən məşhur futbolçu görüldüyü yerdə həbs ediləcək.

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, prokurorluq  Fətullahçı Terror təşkilatına üzv olmaqda şübhəli sayılan H. Şükürün ifadəsinin alınması üçün belə bir qərar çıxarıb.

Qeyd edək ki, bundan əvvəl Sakarya Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində H. Şükürün həbs edilməsi barədə qərar verib. O, terror təşkilatına maliyyə yardımı göstərməkdə ittiham olunur.

0
20