Nigeriyalı nazir: OPEK hazırkı hasilatı azaltmayacaq

Nigeriyalı nazir: OPEK hazırkı hasilatı azaltmayacaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələrin hazırkı neft hasilatını azaldacağı inanılan deyil.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Nigeriyanın neft naziri Emmanuel İbe Kaçikvu bu fikirdədir.

Nazir dünya neft hasilatının 70 faizini istehsal edən ölkələrin qarşılıqlı əlaqəsinin bazara təsir edə biləcəyinə inanır.

Qeyd edək ki, böyük neft istehsalçılarının toplaşacağı qeyri-rəsmi yığıncağın gələn ay Əlcəzairdə keçirilməsi planlaşdırılır. OPEK-ə üzv ölkələrin də sentyabrın 26-28-də Əlcəzairdə keçiriləcək Beynəlxalq Enerji Forumu çərçivəsində bir araya gəlməsi gözlənilir.

0
14