Bəxtiyar Vahabzadənin doğum günüdür

Bəxtiyar Vahabzadənin doğum günüdür

Bu gün Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 91 il ötür.

Oxu.Az xəbər verir ki, o, 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub.

Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın, yüzlərlə məqalənin, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.

Onun Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulub.

1976-cı ildə “Leninlə söhbət” və “Muğam” poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülüb. “Qırmızı Əmək Bayrağı” və “İstiqlal” (1995) ordenləri ilə təltif olunub.

Xalq şairi Bəxtiyar Vahabzadə 13 fevral 2009-cu ildə vəfat edib.

Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Litseyi, Bakı şəhərinin Yasamal rayonunda isə küçə var.

A.S.

0
16