Azərbaycan Premyer Liqası bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan Premyer Liqası bir dəqiqəlik sükutla başlayacaq

Azərbaycan Premyer Liqasında III turun oyunları bir dəqiqəlik sükutla başlayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Apasport saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Buna səbəb I divizion təmsilçisi “Zaqatala” klubunun düşərgəsində baş verən ölüm hadisəsidi.

Belə ki, yenidən kollektivə qayıdan nigeriyalı futbolçu Maykl Umanyika komandanın dünənki məşqi zamanı dünyasını dəyişib. Bu səbəbdən də PFL-in təşəbbüsü ilə çempionatın həftəsonu keçiriləcək III turunun bütün qarşılaşmalarından öncə bir dəqiqəlik sükut olacaq.

Qeyd edək ki, III turda “Zirə” – AZAL, “İnter” – “Kəpəz” (19 avqust), “Qarabağ” – “Neftçi” (20 avqust) və “Qəbələ” – “Sumqayıt” (21 avqust) oyunları baş tutacaq.

0
15