Rio-2016: Rəsul Çunayev ilk qələbəsini qazandı

Rio-2016: Rəsul Çunayev ilk qələbəsini qazandı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Rəsul Çunayev ilk görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançının 1/16 finala təsadüf edən ilk görüşdəki rəqibi kubalı Migel Martines Palasio olub.

İlk hissədə Çunayev rəqibinə 2 xal qazanmaq imkanı versə də, ikinci hissədə 4 xallıq fəndlə önə keçib. Nəticədə o, 4:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qeyd edək ki, Rəsul Çunayevin növbəti rəqibi rusiyalı Olimpiya çempionu İslambek Albiyev olacaq.

0
23