ABŞ nüvə silahını Türkiyədən hara köçürür?

ABŞ nüvə silahını Türkiyədən hara köçürür?

ABŞ-da Türkiyənin İncirlik aviabazasında olan nüvə silahının köçürülməsi ciddi şəkildə müzakirə edilir.

Oxu.Az “İzvestiya”ya istinadən xəbər verir ki, müvafiq araşdırmanı “Stimson” müstəqil Amerika tədqiqat mərkəzi dərc edib.

Hazırda İncirlikdə 50 ədəd B61 tipli atom bombasının olduğu bildirilir. Türkiyədə dövlət çevrilişi cəhdindən, Amerika-Türkiyə münasibtələrinin kəskinləşməsindən sonra ekspert və hərbçilər terorçu və ya digər düşmən qüvvələr tərəfindən nüvə silahının ələ keçirilməsindən danışıblar.

Hesabatda bildirilir ki, Türkiyədə vətəndaş münaqişəsinin davam etdiyi şəraitdə ABŞ-ın nüvə silahına tam nəzarəti əldə saxlaya biləcəyinə əminlik yoxdur, “Ridus” yazır.

0,3 kq-dan 170 kq qədər gücə malik olan nüvə silahları İncirlikdə yeraltı zirzəmilərdə saxlanılır. Amerikalı ekspertlərin qiymətləndirməsinə görə, Türkiyədən nüvə silahları çıxarıldığı halda, ABŞ 6 milyard dollar qənaət etmiş olacaq.

0
8