Faiq Ağayev yeni mahnısını internetə qoyacaq

Faiq Ağayev yeni mahnısını internetə qoyacaq

Xalq artisti Faiq Ağayev yeni “Uşaq kimi” mahnısının tam versiyasını rəsmi Youtube kanalına yerləşdirəcək. Bu barədə o, Lent.az-a açıqlamasında bildirib. "Bu mahnımın özümün çox xoşuma gəlib. Mahnının promo-versiyasını internetə yerləşdirdik. Ölkənin bütün radio dalğalarında isə mahnının tam versiyası səslənir. Yaxın günlərdə mahnının tam versiyası da internetdə yayımlanacaq”.

Mahnının musiqisi və aranjemanı Rabil Səfərli, sözləri Rauf Sübhi, mix-masteri Givi Usenaşviliyə məxsusdur. Qeyd edək ki, “Uşaq kimi” qısa müddət ərzində ən çox dinlənilən mahnılar sırasına başçılıq edir.

0
163