Azərbaycanlı aktyor türk filmində çəkiləcək

Azərbaycanlı aktyor türk filmində çəkiləcək

Azərbaycanlı aktyor Kamran Ağabalayev yeni çəkiləcək türk filminə dəvət alıb.

Oxu.Az xəbər verir ki, aktyor “Atçalı Kel Mehmet” adlı filmdə əsas rollardan biri olan Kara Efe obrazını canlandıracaq. Türkiyənin Mədəniyyət Nazirliyinin dəstəyi ilə ekranlaşdırılacaq film tarixi dram janrındadır.

Ekran əsərində tanınmış türk aktyorları Gökhan Keser, Şeyma Burcu Gül, Cemal Ünal, Mehmet Polad da yer alacaq.

Filmin çəkilişlərinə sentyabrda start veriləcək.

Qeyd edək ki, Atçalı Kel Mehmet Efe XVIII əsrin məşhur türk qəhrəmanlarından biridir.

A.S.

0
22