Türkiyədə adalara giriş pullu olacaq

Türkiyədə adalara giriş pullu olacaq

Yerli əhalisinin sayı 15 min 263 nəfər olan, yay aylarında isə 300 minə çatan İstanbuldakı "Prins adaları" adlanan adaların gəlirlərini artırmaq üçün qanun təklifi hazırlanıb.

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, təklif qəbul edilsə, adalara səfər edənlər "turist vergisi” ödəyəcək. Verginin məbləği isə bələdiyyə məclisi tərəfindən müəyyən edilməyib. Həmçinin Adalar Bələdiyyəsinə ümumi büdcədən ödənilən payın 2 dəfə artırılması da nəzərdə tutulur.

Qanun təklifi “Prens adaları” olaraq bilinən Böyükada, Heybeli, Burgaz, Kınalı və Sədəf adasıyla yanaşı Çanaqqala yaxınlarında, Ege dənizində  olan Gökçeada və Bozcadayı əhatə edir.

0
9