İrina Şeyk çəkiliş üçün sarışına çevrildi - FOTO

İrina Şeyk çəkiliş üçün sarışına çevrildi - FOTO

İrina Şeyk Rusiyanın “Vogue” dərgisinin sentyabr buraxılışının siması olub.

Oxu.Az xəbər verir ki, Şeyk çəkiliş üçün sarışın qadına çevrilib.

Model sosial şəbəkədə bir neçə fotoşəkil də paylaşıb.

“İnana bilmirəm, mən “Vogue Russia”nın sentyabr nömrəsində olacağam. 10 ildən çoxdur ki, model işləyirəm, amma bu anı heç bir zaman unutmayacağam. Bu səyahətdə iştirak edən hər kəsə təşəkkür edirəm. Bu “cover story” mənim doğma ölkəmin jurnalının səhifələrindədir”, - deyə Şeyk öz “Instagram” hesabında yazıb.

Şəkillərə avqustun 18-də satışa çıxarılacaq nömrədə baxmaq mümkün olacaq.

Aytən Sadıqzadə

0
18