Hakan Şükürün villasında axtarış aparılıb

Hakan Şükürün villasında axtarış aparılıb

Türkiyənin əfsənəvi futbolçusu  Hakan Şükürün villasında axtarış aparılıb.

Lent.az-ın sözcü.com.tr-yə istinadən məlumatına görə, "Fətullahçı Terror Təşkilatı" üzvü olmaqda təqsirləndirilərək barəsində həbs qərar çıxarılan Hakan Şükürün Kocaelinin Kandıra qəsəbəsində olan villasında axtarış aparılıb.

Xatırladaq ki, avqustun 12-də Hakan Şükür və atası Sermet Şükür barəsində həbs qərarı çıxarılıb. Onun atası həbs edilib. Onların bütün mülklərinə həbs qoyulub.  Hakan Şükür isə ailəsi ilə birlikdə ABŞ-da yaşayır.

Qeyd edək ki, Hakan Şükür bir müddət AKP-ni parlamentdə təmsil edən millət vəkillərindən olub.

0
13