Narkotik satışında şübhəli bilinən şəxs Qazaxıstana təhvil verildi

Narkotik satışında şübhəli bilinən şəxs Qazaxıstana təhvil verildi

Qərar iyul ayında baş prokurorluq tərəfindən qəbul edilib.

Azərbaycan narkotik satışında şübhəli bilinən şəxsi Qazaxıstana təhvil verdi.

Oxu.Az Qazaxıstan prokurorluğunun mətbuat xidmətinə istinadən xəbər verir ki, cinayət məsuliyyətinə cəlb edilməsi üçün Arif Əhmədov Azərbaycandan ekstradisiya edilib.

O, bir qrup insanla özncədən planlaşdırılmış şəkildə satmaq üçün böyük həcmdə narkotik vasitələri alaraq saxlamaqda ittiham edilir.

A.Əhmədovun Qazaxıstana təhvil verilməsinə dair qərar iyul ayında Qazaxıstan tərəfinin sorğusu üzrə Azərbaycanın baş prokurorluğu tərəfindən qəbul edilib.

0
9