Baş məşqçidən futbolçunun ölümü ilə bağlı açıqlama – FOTO + VİDEO

Baş məşqçidən futbolçunun ölümü ilə bağlı açıqlama – FOTO + VİDEO

Xəbər verdiyimiz kimi, Zaqatala Futbol Klubuna transfer olunan nigeriyalı legioner futbolçu Maykl Umanyika məşq zamanı dünyasını dəyişib.

Oxu.Az Kanal S-ə istinadən xəbər verir ki, futbolçunun bir müddət öncə kluba transfer olunduğu billdirilir.

Klubun baş məşqçisi Şaban Şirdanov bildirir ki, ilkin ehtimallara görə, futbolçunun ölümünə səbəb ürəyində trombun qırılması olub.

“Dəhşətli hadisədir. Güclü futbolçu idi. Yaxın dostumuz idi. Adi məşq edirdi. Hətta 5 dəqiqə əvvəl su fasiləsi verdik. Hər şey qaydasında idi. Biz eşitmişdik ki, futbolda qəfil yerə yıxılaraq belə şeylər olur. Toqquşma olmadı. Birdən-birə ayaqları bir-birinə ilişdi, yıxıldı. Həkimlər gəldi və verdikləri rəyə görə, görünən odur ki, trombdan ölüm baş verib”, - deyə məşqçi bildirib.

Klubun birinci liqaya hazırlıq məşqləri zamanı anidən dünyasını dəyişən futbolçunun sağlamlığında heç bir problemin olmadığı deyilir.

0
9