Şoyqu və Ohanyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Şoyqu və Ohanyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 16-da Yerevanda erməni həmkarı Seyran Ohanyanla görüşüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, görüşdə Cənubi Qafqazda təhlükəsizlik və ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.

Məlumata görə, S.Şoyqu Rusiya Müdafiə Nazirliyinin ali məktəblərində pulsuz təhsil alan erməni hərbçilərinin sayını artırmağa hazır olduqlarını deyib.

“Regionda baş verən hadisələrin və vəziyyətin dəyişməsi fonunda, müntəzəm şəkildə korrektə etdiyimiz planımızı bu və ya digər şəkildə nəzərdən keçiririk”, - Şoyqu deyib.

Öz növbəsində Seyran Ohanyan Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazası ilə münasibətlərinin yaxşı olduğunu və Rusiya ilə nəzərdə tutulan bütün hərbi planları yerinə yetirdiklərini söyləyib.

0
25