Türkiyədə terror: 3 nəfər öldü, 25 nəfər yaralandı

Türkiyədə terror: 3 nəfər öldü, 25 nəfər yaralandı

PKK terrorçuları Türkiyədə daha bir partlayış törədib.

Lent.az-ın Hüriyyət-ə istinadən məlumatına görə, partlayış Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzinin qarşısında qeydə alınıb.

Terrorçular binanın qarşısında içində bomba yerləşdirilmiş avtomobili partlat\dıblar.

Partlayış  zamanı ölənlərdən 2 si polis, digəri isə uşaq olub. 8-i polis olmaqla ümumilikdə 25 nəfər isə yaralanıb.

Partlayışdan sonra Mərkəzin binası və yaxınlıqdakı  yanacaqdoldurma məntəqələrində dağıntılar qeydə alınıb

Qeyd edək ki, tam 8 il əvvəl terrorçuların həmin Mərkəzin binasına silahlı hücumundan sonra təhlükəsizlik divarı salınıbmış .

0
17