Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın olub

Paytaxtda geyim mağazasında yanğın olub.

Bu barədə məlumat Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilib.

Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan geyim mağazasının anbarında geyim əşyaları 17 m² sahədə yanıb.

Anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

0
22