Xəzər donanması Rusiyada artilleriya təlimləri keçirir

Xəzər donanması Rusiyada artilleriya təlimləri keçirir

Xəzər donanmasının Həştərxandan və Mahaçkaladan gəmiləri artilleriya atışları üçün dənizə çıxıblar.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

“Təlimlərə tərkibində “Dağıstan” və “Tatarıstan”, kiçik raket və artilleriya gəmiləri “Qrad Sviyajsk”, “Velikiy Ustyuq”, “Volqodonsk”, “Mahaçkala”, baza və reyd gəmilərinin, eləcə də donanmanın iki gəmi briqadası cəlb edilib”, - Cənub hərbi dairənin mətbuat xidməti məluamt yayıb.

Ümumilikdə təlimlərə 20-dən çox gəmi, kater və qayıq cəlb edilib.

Onların heyətləri dəniz, quru və hava hədəflərinə raket və artilleriya atışları üzrə təlimlər keçirəcəklər.

0
13