Tanınmış aparıcının Vyanada toyu oldu

Tanınmış aparıcının Vyanada toyu oldu

Azərbaycanlı aparıcı və ölkəmizin "Eurovision" nümayəndə heyətinin rəhbəri olan Tamilla Şirinova Avstriyada ərə gedib. Lent.az-ın Trend-ə istinadən məlumatına görə, Karintiya federal əyalətində baş tutan toyda yaxın ailə üzvləri iştirak edib.

T. Şirinova həyat yoldaşı ilə keçən il Vyanada keçirilən "Eurovision" yarışması zamanı tanış olub. Onlar müsabiqənin baş tutduğu arenada bir yerdə işləyiblər. Tamilla açıqlamasında deyib:

“İlk baxışdan sevgi idi. Çox xoşbəxtəm. Dünyaya, həyata baxışımızda ortaq cəhətlərimiz çoxdur. Biz bir yerdə səyahət etməyi sevirik, ona görə çoxlu ölkədə olduq. Mən taleyimə minnətdaram. Onunla aramızda sehrli bir əlaqə var. O, mənim ən yaxın dostum və tərəf müqabilimdir. Yaxınlarım, qohumlarım istəsə də, Bakıda toy olmayacaq”.

T. Şirinovanın həyat yoldaşı musiqi ilə peşəkar şəkildə məşğul olur və müxtəlif musiqi alətlərində ifa etməyi bacarır.

Qeyd edək ki, Tamilla Şirinova 10 ildən çox İTV-də çalışıb. Daha sonra isə o, TRT Avaz-da işini davam etdirib.

0
18