Xızıda dəhşətli qəza, ölənlər var

Xızıda dəhşətli qəza, ölənlər var

“Hyundai” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ər və arvad ölüb.

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Oxu.Az–a verilən məlumata görə, avqustun 14-də saat 18 radələrində Xızı şəhərində Sumqayıt şəhər sakini Aysel Əliyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Cavid Əmirxanovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə A.Əliyeva hadisə yerində, sərnişini - həyat yoldaşı Elşən Əliyev isə xəstəxanada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

0
45