Rusiya Xəzərdə artilleriya təlimlərini keçirir

Rusiya Xəzərdə artilleriya təlimlərini keçirir

Təlimlərə hərbi aviasiya da cəlb olunacaq.

Rusiya Xəzər dənizində genişmiqyaslı təlimlər keçirir.

Oxu.Az TASS–a istinadən xəbər verir ki, Rusiya Xəzər donanmasının gəmiləri təlim döyüşlərinə başlayıblar.

Təlimlərə hərbi aviasiya da cəlb olunacaq.

Gəmi heyətlərinin üzvləri dənizdə müxtəlif raket və artilleriya atışları həyata keçirəcəklər.

Təlimlərə “Dağıstan” və “Tatarıstan” raket gəmiləri, “Velikiy Ustyuq”, “Volqodonsk” və “Mahaçqala” kiçik raket və artilleriya gəmiləri, tral gəmiləri olmaqla, ümumilikdə 20 gəmi və kater cəlb olunub.

0
9