Bakıda qardaş bacısını bıçaqladı

Bakıda qardaş bacısını bıçaqladı

Hadisə Badamdar qəsəbəsində baş verib.

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə Badamdar qəsəbəsində baş verib.

Məlumata görə, qəsəbənin 1-ci yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Nuri Tanrıverdiyev bacısı Nuridə Tanrıverdiyevanın əl nahiyəsinə bıcaq xəsarəti yetirib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə baş verən zaman Nuri Tanrıverdiyevin sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0
11