Rusiyanı daşlayan norveçlilər 3 ay həbs edilə bilər

Rusiyanı daşlayan norveçlilər 3 ay həbs edilə bilər

Norveçin şimalında Rusiya ilə sərhədi müəyyən edən Yakobselv çayı üzərindən Rusiyaya daş atan 4 norveçli saxlanılıb. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, Norveç polisi onların sərhəd təhlükəsizlik qanununu pozduğuna görə 3 aylıq həbs edilə biləcəklərini bildirib.

Yaşları 16 ilə 40 arasında olan Norveç vətəndaşları sərhədin o biri tərəfinə daş atmağın qanunlara zidd olduğunu bilmədiklərini deyiblər. İlkin ifadələrində onlardan ikisi günahlarını etiraf ediblər.

0
9