Aygün Kazımova “DAF BAMA Music Awards - 2016”-da – FOTO

Aygün Kazımova “DAF BAMA Music Awards - 2016”-da – FOTO

Xalq artisti Aygün Kazımova avqustun 27-si Almaniyada keçiriləcək “DAF BAMA Music Awards - 2016” mükafatlandırma mərasiminə hazırlaşır.

Oxu.Az xəbər verir ki, çıxış edəcəyi “Barkleykard” arenanın səhnəsində Adel, Stinq, Skuter, Rihanna, Kris Braun, Brayn Adams, “Take that” qrupu, Elli Qouldinq və bir sıra dünya ulduzları konsert proqramı ilə çıxış edib.

Aygün Kazımova isə ilk azərbaycanlı sənətçidir ki, adıçəkilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olunub.

Bu haqda Oxu.Az-a ifaçının mətbuat katibi məlumat verib.

Mükafatlandırma mərasimində dünya ulduzları ilə bərabər qırmızı xalıdan keçəcək A.Kazımova üçün modelyer Gulya eksklüziv libas hazırlayır. Xalq artistinin stili üzərində uzun illər layihələrinin baş stilisti olan Ruxa çalışır.

Prodüser Gürcüstanın məşhur pop ifaçısı və prodüseri Stefane Mqrebrişvilidir. Sfefane “MTV Europe” hit-paradında yer alan ilk gürcü ifaçıdır. Bununla yanaşı, onun müsahibələri BBC, CNN, SKY, RAİ kimi nüfuzlu telekanallarda yayımlanıb. Eyni zamanda Gürcüstanda yayımlanan “Voice” və “X-factor” musiqi yarışmalarında münsif kürsüsündə əyləşib. Hazırda o, Gürcüstanın ən məşhur müğənniləri ilə əməkdaşlıq edir.

Aygün Kazımovanın yaxın dostu və həmkarı Rəhim Rəhimli də dəstək üçün xalq artisti ilə birgə Almaniyaya səfər edəcək.

Aytən Sadıqzadə

0
7