Rio Olimpiyadasına Rusiyadan yüngül atletika üzrə yeganə idmançı buraxılıb

Rio Olimpiyadasına Rusiyadan yüngül atletika üzrə yeganə idmançı buraxılıb

Komissiyanın hesabatının təffərrüatları dəqiqləşdirilməyib.

Rio Olimpiyadasına Rusiyadan yüngül atletika üzrə yeganə idmançı Darya Klişina buraxılıb.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, İdman Abitraj Məhkəməsi Beynəlxalq yüngül atletikaçılar federasiyaları assosiasiyasının (İAAF) onu Braziliyada Yay Olimpiyadasında iştirakdan kənarlaşdırılmasına dair qərarını apellyasiyaya verən rusiyalı hüdürlüyə tullanma üzrə idmançının şikayətini təmin edib.

Keçən şənbə İAAF Riçard Maklarenin rəhbərlik etdiyi Ümumdünya Dopinq Əleyhinə Agentliyin Komissiyasının yeni informasiyasına görə, Klişinanın Olimpiya yarışlarında iştirak etməsini qadağa qoyulmasına dair qərar qəbul edib.

Bununla yanaşı, Komissiyanın hesabatının təfərrüatları dəqiqləşdirilməyib. Ertəsi gün idmançı İAAF-ın qərarından İdman Arbitraj Məhkəməsinə şikayət edib.

0
17