Rio-2016: CAR-lı yüngül atlet 17 ilin rekordunu yenilədi

Rio-2016: CAR-lı yüngül atlet 17 ilin rekordunu yenilədi

Cənubi Afrika Respublikasının (CAR)  təmşilçisi, yüngül atlet Veyd van Nikerk  yeni dünya rekorduna imza atıb.

APA-nın məlumatına görə, atlet 400 metr məsafəni 43,03 saniyəyə qət edib.

Bununla Olimpiadanın qızıl medalını qazanan V. Van Nikerk həm də dünya rekordunu yeniləyib.

Bundan əvvəlki göstərici əfsanəvi atlet Maykl Consona (ABŞ) məxsus olub. M.Conson 1999-cu ildə 400 metr məsafəni 43,18 saniyəyə qət etmişdi.

0
37