Rio-2016: Lorenzo Sotomayor 1/4 finalda!

Rio-2016: Lorenzo Sotomayor 1/4 finalda!

Rio Olimpiadasında boks yarışları davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının iki üzvü də növbəti döyüşlərini keçiriblər.

Rinqə ilk olaraq Lorenzo Sotomayor çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz gücünü 1/8 final mərhələsində sınayıb. Onun rəqibi fransalı Hassan Amzile olub. 2:1 hesabı ilə qalib gələn təmsilçimiz 1/4 finala yüksəlib.

Gecənin ikinci döyüşündə isə London Olimpiadasının bürünc mükafatçısı, milli komandamızın bayraqdarı Teymur Məmmədov yumruqlarının gücünü sınayacaq. 81 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda qazaxıstanlı Adilbek Niyazimbetovla döyüşəcək. Təmsilçimiz bu rəqibini də arxada qoya bilsə, yarımfinala yüksəlməklə ən az bürünc medalı özü üçün təmin etmiş olacaq.

Bu mübarizə Bakı vaxtı ilə gecə saat 03:00-da start götürəcək.

0
251