Bakı-Qazax yolu təmir olunur – FOTO

Bakı-Qazax yolu təmir olunur – FOTO

Yeni asfalt-beton örtüyü döşənir.

Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində də təmir işləri həyata keçirilir.

“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.

Sözügedən avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. 
Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. 

Ümumilikdə 22 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılır.

0
28