Məşhur musiqi qrupu dağılacaq - QƏRAR VERİLDİ

Məşhur musiqi qrupu dağılacaq - QƏRAR VERİLDİ

Asiya qitəsinin ən məşhur musiqi qruplarından biri olan Yaponiyanın SMAP qrupu dağılır. Lent.az Reuters-ə istinadən xəbər verir ki, keçən il 35 milyon albom satan qrup bu ilin 31 dekabr tarixində rəsmən dağılacaq. Qrupda olan 39-43 yaşlı 5 solist isə fəaliyyətlərinə solo olaraq davam edəcək.

Qeyd edək ki, 1988-ci ildə yaradılan SMAP qrupunun Asiya qitəsində, xüsusi ilə Uzaq Şərqdə nəhəng fanat kütləsi var. Bu qrupun üzvləri Yaponiya, Çin və Cənubi Koreya arasında siyasi gərginliklər yaşanarkən vasitəçilik də ediblər.

0
23