Rio-2016: Rövşən Bayramov 1/4 finalda

Rio-2016: Rövşən Bayramov 1/4 finalda

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışları davam edir.

Oxu.Az xəbər verir ki, Azərbaycanın güləşçisi Rövşən Bayramov (59 kq) Oyunların 1/4 final mərhələsinə vəsiqə əldə edib.

R.Bayramov Venesuela təmsilçisi Rayber Xose Rodriqez Orozko üzərində inamlı qələbə qazanaraq (8:0) növbəti mərhələyə yüksəlib.

0
28