Marixuana ilə tutulan şəxs: Dayanacaqdan tapmışam – FOTO + VİDEO

Marixuana ilə tutulan şəxs: Dayanacaqdan tapmışam – FOTO + VİDEO

“Özüm çıxarıb verdim”.

Abşeronda polis əməkdaşları Kürdəmir rayon sakini 32 yaşlı Şahin Kərimovu özünü şübhəli apardığı üçün Saray qəsəbəsində saxlayaraq Rayon Polis İdarəsinə gətiriblər. 

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxsin üzərindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Narkotik aludəçisi olduğunu deyən Şahin marixuananı avtobus dayanacağından tapdığını bildirib:

"Sulutəpəyə, daş bazarına gedirdim ki, orada özümə iş tapım. Qayıdanda xeyli piyada getdim keçid tərəfə. Dayanacaqda marşrut gözləyəndə gördüm ki, yerdə bir dənə kibrit karopkası var. Ayağımla yoxladım, gördüm ki, içində nəsə var. 

Götürüb baxdım ki, içində nəşə var. Yol ilə gedəndə, gördüm ki, polis əməkdaşları gəlir. 3-4 nəfərdilər. Yaxınlaşıb dedilər ki, özünü təqdim elə. Gördüm ki, üstümü axtarmaq istəyirlər, özüm çıxarıb verdim".  

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam etdirilir. 

0
28