Zakir Həsənov Ordu Oyunlarının bağlanış mərasimində – FOTO

Zakir Həsənov Ordu Oyunlarının bağlanış mərasimində – FOTO

Moskva şəhərində işgüzar səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 13-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Oxu.Az Müdafiə nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və 23 nominasiya üzrə müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Müdafiə naziri tankçılarlarımızla görüşərək onların ilk dəfə olaraq belə bir mötəbər yarışda iştirak edərək Azərbaycanı layiqincə təmsil etdiklərini xüsusi vurğulayıb və onlara xidmətlərində uğurlar arzulayıb.

“Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, iyulun 30-dan başlayan hərbçilərin beynəlxalq yarışlarının “Tank biatlonu” və “Xəzər kuboku” müsabiqələrində iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri hər iki nominasiyada müxtəlif mərhələlərdə qaliblər sırasında olmaqla ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

0
15