İran universitetlərində Azərbaycan dili tədris olunacaq

İran universitetlərində Azərbaycan dili tədris olunacaq

İran universitetlərində Azərbaycan dili və ədəbiyyatı fənni üzrə tədrisə başlanılır.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, İranın Təhsil və Qiymətləndirmə Təşkilatı Universitetlərin gələn il qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib.

Humanitar fənlər üzrə tələbə qız və oğlanlar 2016-2017-ci il tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəklər. İranın Elm, Təhqiqat və Texnologiya Nazirliyinin icazəsi ilə Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq. Bu fənn ilk dəfə olaraq qəbul imtahanlarında ərəb, fars fənləri ilə yan-yana göstəriləcək.

Qeyd edək ki, İran Konstitusiyasının 15 və 19-cu maddələrində ana dilində tədris məsələsi göstərilib, lakin bu iki maddə uzun illər idi ki, icra olunmurdu.

Prezident Həsən Ruhaninin hökuməti bu maddələrin icrasına başlayıb. Konstitusiyanın 15-ci maddəsində göstərilir ki, “İran xalqının rəsmi yazı və danışıq dili fars dilidir. Sənədlər, yazışmalar, rəsmi sənədlər və dərsliklər bu dildə olmalıdır. Lakin yerli danışıq dillərindən mətbuatda istifadəsi və məktəblərdə və universitetlərdə fars dili ilə yanaşı həmin dillərin tədrisi azaddır”.

Prezident Ruhani hakimiyyətə gəldikdən sonra məktəb və universitetlərdə yerli dillərdə (Azərbaycanca, kürd, bəluç və türkmən) tədrisə icazə verib.

0
16