Tərtərdə toy yasa döndü – FOTO

Tərtərdə toy yasa döndü – FOTO

Tərtərdə toy karvanında qəza baş verib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə gərə hadisə Tərtərin “Dörd yol” adlanan ərazisində baş verib.

Toy karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qarşıdan gələn 90 AN 513 nömrə nişanlı “Niva” markalı avtomobillə toqquşub.

“Niva” markalı avtomobil Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, “Mercedes” markalı avtomobil Rüstəmov Şəhriyar Valeh oğluna məxsusdur.

Toqquşma nəticəsində “Mercedes” markalı maşın yol kənarında ki yüksək gərginlikli beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıb.

Ağdam MRX-dan verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G.Həsənova Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

0
226