“Alov qüllələri” Şahmat Olimpiadasına dəstək oldu – FOTO

“Alov qüllələri” Şahmat Olimpiadasına dəstək oldu – FOTO

Bakının ən möhtəşəm binalarından sayılan “Alov qüllələri” 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək verməyə başlayıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır.

Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.

Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.

0
19