Felps 23 qat olimpiya çempionu oldu

Felps 23 qat olimpiya çempionu oldu

Amerikalı üzgüçü Felps 23 qat olimpiya çempionu olub

Bakı-APA.  Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında çıxış edən amerikalı üzgüçü Maykl Felps turnirin növbəti qızıl medalını qazanaraq 23 qat olimpiya çempionu olub.

APA-nın  xəbərinə görə, Maykl Felps  dörd 100 metrlik distansiya üzrə (4 x100 m) qarışıq estafetdə birinci olub.

Qeyd edək ki, 23 olimpiya qızıl medalından dördünü o, Rio-de-Janeyroda qazanıb. Bu göstəricinin mütləq rekord olduğu qeyd olunur.

0
13