Məşhur türk müğənninin iki villası əlindən çıxdı

Məşhur türk müğənninin iki villası əlindən çıxdı

Məşhur türk müğənni Ferdi Tayfurun məhkəmə iddiası təmin edilməyib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı 2004-cü ildə Marmarisdə 20 villanın tikintisi üçün tikinti şirkətlərindən biri ilə razılaşıb.

Lakin, aradan illər keçməsinə baxmayaraq villaların tikintisi bitmədiyi üçün Ferdi Tayfur həmin şirkətlə müqaviləni dayandırıb.

Yeni tikinti şirkəti ilə razılaşan sənətçi, onlara 2 villa verəcəyini bildirib. Lakin, həmin şirkət də inşaatı müqavilədə göstərilən vaxtda bitirməyiblər. Buna görə də, Ferdi Tayfur şirkətə vəd etdiyi 2 villanın sənədlərini geri almaq üçün məhkəməyə müraciət edib.

Bir neçə il davam edən məhkəmə işinin nəticəsində F.Tayfurun iddiasının əsassız olduğuna qərar verilib.

0
12