Nyu-Yorkda məscidin imamı öldürüldü

Nyu-Yorkda məscidin imamı öldürüldü

Nyu-Yorkun Kuins dairəsində yerləşən məscidlərdən birinin imamı odlu silahla qətlə yetirilib, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə NBC telekanalı məlumat yayıb.  

Telekanalın xəbərinə görə,  atışma “Al-Furqan Jame” məscidinin yaxınlığındakı Ozon parkında baş verib.

Polisin məlumatına görə, qarətçi şəxs tapança ilə qurbanlarının başından atəş açıb.  

0
10