Millimiz Danimarkaya da gücünü göstərdi

Millimiz Danimarkaya da gücünü göstərdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İtaliyanın Yezolo şəhərində təşkil olunmuş FIFA Dünya Kuboku-2017 turnirinin seçmə mərhələsində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Danimarka yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Komandamızın qollarını Sabir Allahquliyev, Renat Sultanov və Hikmət Bağırov vurub.

Millimiz növbəti oyununu avqustun 14-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

0
19