Məktəb bombalandı: 10 uşaq öldü, 21-i yaralandı

Məktəb bombalandı: 10 uşaq öldü, 21-i yaralandı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi  koalisiyanın Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 10 uşaq ölüb, 21 nəfər yaralanıb.

APA-nın xəbərinə görə, bunu “Röyters” “Sərhədsiz həkimlər” beynəlxalq təşkilata istinadən məlumat yayıb.

Məlumata görə, zərbə Yəmənin Səudiyyə Ərəbistanı ilə həmsərhəd Haydan rayonunda yerləşən məktəbə endirilib. Koalisiya nümayəndələri insidentlə bağlı hələlik heç bir şərh verməyiblər.

BMT-nin məlumatına görə, 2015-ci ilin martından 2016-cı ilin avqustun 11-dək Yəməndəki münaqişə zamanı 3704 dinc sakin həlak olub, 6566 nəfəri isə yaralanıb.

0
18