Rio-2016: Azərbaycan snayperi 15-cı oldu

Rio-2016: Azərbaycan snayperi 15-cı oldu

Rio Olimpiadasında bu gün güllə atıcılığı üzrə növbəti yarışlar baş tutub. Apasport.az saytının məlumatına görə, 25 m məsafəyə atəşaçmada Azərbaycan millisinin snayperi Ruslan Lunyov da hədəf önünə keçib.

10 m məsafəyə atəşaçmada 15-ci olan həmyerlimiz ikinci cəhdində də eyni nəticəyə imza atıb. O, 575 xalla 26 iştirakçı arasında 15-ci olub və mübarizəni dayandırıb.

Qeyd edək ki, bu növdə finala ilk 6 yerin sahibləri yüksəliblər.

0
18