“Əsas rəqibim Useyn Boltdu” - azərbaycanlı atlet

“Əsas rəqibim Useyn Boltdu” - azərbaycanlı atlet

“Olimpiya Oyunlarına qatılan hər bur idmançı medal qazanmağı arzulayır. Hər kəsin istəyi qızıl medal olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin atleti Ramil Quliyev deyib.

Azərbaycan yığmasını “ay-ulduzlular”a dəyişən idmançı Rio-2016-da 200 m məsafəyə qaçışda və 4x100 m estafetdə çıxış edəcək. Fərdi yarış haqda fikirlərini açıqlayan Quliyev iddialı olduğunu bildirib: “Mən də bunu gerçəkləşdirmək üçün əlimdən gələni edəcəm. Ən əsas rəqibim Useyn Boltdu. Amma Şon Merrit və Yustun Qatlin də formadadılar. Bu üç adlı-sanlı rəqibin yarışması maraqlı olacaq. Digər 7-8 idmançı yaxın şəxsi rekordlara malikdi. Əslində Bolt özü də tam formada deyil”.

0
11