ABŞ-ın vitse-prezidenti Türkiyəyə səfər edəcək

ABŞ-ın vitse-prezidenti Türkiyəyə səfər edəcək

ABŞ-ın vitse prezidenti Co Bayden Türkiyəyə səfər edəcək.

Oxu.Az Milliyet nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Bineli Yıldırım Çankaya köşkündə media nümayəndələri ilə görüşündə deyib.

O, səfərin avqustun 24-də baş tutacağını bildirib.

C.Baydeni müşayət edəcək nümayəndə heyətinin tərkibinə ABŞ dövlət katibi Con Kerri də daxildir.

“İyulun 15-dən (Türkiyədə çevriliş cəhdindən - red) sonra ABŞ-ın mövqeyi yaxşılaşıb və onlar fəaliyyətə başlayıblar. ABŞ vitse-prezidenti Co Bayden Türkiyəyə səfər edəcək”, - deyə Türkiyənin baş nazir “Doğan” agentliyinə bildirib.

0
9