Bakı sakini Nabranda itkin düşüb – FOTO

Bakı sakini Nabranda itkin düşüb – FOTO

Xaçmaz rayonunda 30 yaşlı kişi itkin düşüb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi mәlumata görә, Bakı şәhәr sakini 1961 -ci il tәvәllüdlü Zahid Ağayev Xaçmaz rayon Polis Şöbәsinin (RPŞ) Yalama polis bölmәsinә müraciәt edәrәk oğlu 1986 -cı il tәvәllüdlü, ruhi xәstә Fuad Ağayevin Nabranda dәniz sahilindә itkin düşdüyü barәdә mәlumat verib.

Aparılan ilkin әmәliyyat axtarış tәdbirlәri nәticәsindә onu tapmaq mümkün olmayıb.

İtkin düşәn şәxsi görәnlәrdәn vә onun barәsindә mәlumatı olan şәxslәrdәn (055) 211 -08 -03, (050) 593 -63 -03, (055) 577 -80 -85, (023) 325 -53 -56 telefon nömrәlәri ilә әlaqә saxlamaları, xahiş olunur.

Mәlumat verәn şәxslәrin mükafatlandırılacağı bildirilib.

0
12