Azərbaycana keçmək istəyən erməni saxlanılıb

Azərbaycana keçmək istəyən erməni saxlanılıb

Ermənistan vətəndaşı Henrik Agetsyan Azərbaycana keçərkən saxlanılıb

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.

İctimaiyyətə əlavə məlumat veriləcək.

0
13