"Fənərbaxça"nın baş məşqçisi klubdan icazəsiz ölkəsinə qayıdıb

"Fənərbaxça"nın baş məşqçisi klubdan icazəsiz ölkəsinə qayıdıb

“Fənərbaxça” klubun baş məşqçisi Vitor Pereira ölkəsi qayıdıb.

Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Fənərbaxça” klubu bununla bağlı bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, portuqaliyalı baş məşqçi və köməkçiləri bu gün komanda ilə məşqlərə çıxmayıb: “Baş məşqçi və klub arasında müqavilə var. Pereira açıq-aşkar müqavilə şərtlərini pozub. Bununla bağlı artıq hüquq müstəvisində addım atılaraq, iki tərəf arasında müqavilə ləğv ediləcək. Bununla bağlı bazarertəsi işlər görüləcək".

Portuqaliya mediasında Vitor Pereiranın köməkçiləri ilə birlikdə ölkəsinə qayıtdığı qeyd edilib.

0
13