Rio-2016: Azərbaycan boksçusu 1/4 finala çıxdı

Rio-2016: Azərbaycan boksçusu 1/4 finala çıxdı

Avqustun 13-də “Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarında növbəti görüşlər keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Kamran Şahsuvarlı rinqə çıxıb.

75 kiloqram çəkidə mübarizə aparan təmsilçimizin 1/8 finalda rəqibi rusiyalı Artyom Çebotaryov olub. Təcrübəli boksçumuz Rusiya təmsilçisinə iki raundda (2:1) qalib gəlib.

Növbəti mərhələdə K.Şahsuvarlı qazaxıstanlı boksçu - dünya çempionu Zhanibek Alimxanlı ilə üz-üzə gələcək.

Digər boksçumuz Albert Səlimov isə 1/4 final mərhələsində mübarizəni dayandırıb.

İdmançımız fransalı Sofian Umihaya hər üç raundda məğlub olub.

0
13