ABŞ-da təyyarə qəzası:ölənlər var

ABŞ-da təyyarə qəzası:ölənlər var

Virciniya  ştatının Frederiksburq şəhərində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

APA-nın CNN-ə  istinadən verdiyi məlumata görə, qəza təyyarə hava limanına eniş edərkən baş verib.

Yerə çırpılandan sonra təyyarə yanıb. Təyyarənin göyərtəsində olanların hamısı həlak olub. Onların şəxsiyyətləri müəyyənləşdirilir. Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

0
7