Rio-2016: Keti Ledeki dünya rekordu qırdı

Rio-2016: Keti Ledeki dünya rekordu qırdı

Rio-de-Janeyroda keçrilən Yay Olimpiya Oyunlarında ABŞ təmsilçisi Keti Ledeki 800 m sərbəst üsulla üzmə yarışında dünya rekordunu yeniləyərək qızıl medal qazanıb.

APA-nın məlumatına görə, artıq yeni dünya rekordu bu üzgüçülük növündə 8 dəqiqə 04,79 saniyə təşkil edir.

Beləliklə, Keti özünün 2014-cü ildə əldə etdiyi dünya rekordunu təzələyib.

İkinci yeri Yasmin Karlin (Böyük Britaniya), 3-cü yeri isə Boqlarka Kapaş (Macarıstan) tutub.

0
17